Bakıda tıxaclar bir az da artsa əhalinin seçimi nə olacaq?

Əslində belə bir proqnozun ölkəmiz üçün reallaşmasını heç bir halda arzulamıram. Amma hər sentyabrda hərəkətin əvvəlinə nisbətdə daha da pisləşməsi bədbin proqnoz üçün zəmin yaradır. Bəs bu bədbinlik nədən ibarətdir?
Məsələnin mahiyyəti bundan ibarətdir ki, ictimai nəqliyyat ürəkaçan olmadıqda, şəhərdəki tıxaclar isə maşın sürməyi qeyri-mümkün etdikdə əhali kütləvi surətdə ikitəkərli nəqliyyata keçir.
İlk baxışdan hər şey normaldır: motosiklet maşından daha az yer tutur, manevri yüksəkdir, yanacaq sərfiyatı azdır, tıxaclar da azalacaq.
Təəssüf ki, bu, yalnız, nəzəri olaraq doğrudur. Reallıqda isə, motosikletin (ümumi götürdükdə bütün ikitəkərli motorlu vasitələrin) çoxluğu şəhərlər üçün ciddi problem mənbəyidir.
Motosikletlərin sayı avtomobil sayını üstələdikdə şəhər həyatı zülmətə çevrilir: Yollarda intizamsızlıq artır, qəza və zərəçəkənlər çoxalır, hərəkətin təhlükəsizliyi aşağı həddə enir, ekoloji problemlər və səs-küy artır. Buna görə də, bir çox ölkədə motosikletdən istifadənin genişlənməsinin qarşısı alınıb. Avropanın bir çox ölkəsində şəhər mərkəzlərində motosikletdən istifadə məhdudlaşdırılıb. İkitaktlı mühərrikə malik motosikletlər isə (sadə dillə desək, benzininə yağ qatılan) texniki vasitələr qitədə 10 ildən çoxdur qadağan edilib.
İctimai nəqliyyatın olmadığı Afrika şəhərlərində motosikletlərin yaratdığı xoş olmayan mənzərəyə aid internetdə saysız hesabsız foto və məlumat tapmaq olar. İstənilən şəhərdə motosiklet sayı avtomobil sayını üstələdikdə problemlər azalmaq əvəzinə artır.
Ən əsası, motosiklet istifadəçilərinin çox olduğu şəhərlərdə ictimai asayışın pozulması halları da intensivləşir.
Bu səbəbdən, pis ssenarinin qarşısını almağın yeganə düzgün yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir. Nəqliyyat vasitəsinin ölçüsünün kiçilməsi tıxac probleminin həlli deyil.
Vüqar Yaşaroğlu
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











