“Bəlkə sinifə qədər maşınla girəsiniz?” - Ekspertdən sərt sözlər

“Məktəbin qapısı uşaqların təhlükəsiz addımladığı yer olmalıdır, maşın parkı nəticəsində yaranmış tıxac yeri yox”.
Avtosfer.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov avtomobillərini məktəblərin önündə saxlayan valideyinlərə xitabən deyib.
“Valideynlər, avtomobilinizi məktəbin düz qarşısında saxlayaraq övladınıza sevgi göstərdiyinizi düşünürsünüz? Əslində, siz onların gözündə məsuliyyət anlayışını məhv edirsiniz! İmkan olsa, bəlkə də, sinifə qədər maşınla girərsiniz! Sevgi təkcə rahatlıq yaratmaq deyil, onları həyatda müstəqil addımlamağa öyrətməkdir. Maşını bir az kənarda saxla, övladınla birgə addımla, bu yolu həyat dərsinə çevir də. Müəllim təkcə dərs keçməyəcək ki? Sən də piyada gəl, ona nələrisə danış, öyrət də. Onsuz da bütün günü telefon əlinizdən düşmür, uşağınızdan uzaqsınız. Bəlkə də bu addımlar gələcəyin böyük insanını formalaşdıracaq” deyə ekspert sosial şəbəkə hesabında yazıb.
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?










