Cərimələr artsa da, səkilərdə avtomobil saxlayanlar azalmır – Ekspert səbəbləri AÇIQLADI

Bakı şəhərində parklanma yerləri kifayət qədər deyil, azdır. Yəni geniş parklanma imkanları yoxdur və xüsus olaraq şəhər mərkəzlərində parklanma yerlərinin məhdud olması anlaşılandır. Çünki vaxtı ilə tikinti normaları, şəhərsalma normaları pozulub və demək olar ki, parklanma yerləri belə zəbt edilib. Avtosfer.az xəbər verir ki, bu fikirləri "İnterpress"ə açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı səsləndirib.

Ekspert cərimələrin artmasına baxmayaraq sürücülərin avtomobillərini yenə də səkilərdə, gediş-gəliş yerlərində və s. qadağan olunan yerlərdə saxlamalarına münasibət bildirib.
“Bakı şəhərində parklanma yerləri kifayət qədər deyil, azdır. Yəni geniş parklanma imkanları yoxdur və xüsus olaraq şəhər mərkəzlərində parklanma yerlərinin məhdud olması anlaşılandır. Çünki vaxtı ilə tikinti normaları, şəhərsalma normaları pozulub və demək olar ki, parklanma yerləri belə zəbt edilib. Eyni zamanda, avtomobilərin sayı kütləvi şəkildə artıb ki, bu da bu prosesə təbii ki, öz təsirini göstərib. Ona görə sürücülər də bəzən məcburən bu yol hərəkəti qaydalarını pozurlar. Amma parkanma yeri yoxdursa, məhduddursa və yaxud da ödənişlidirsə, bu heç kimə əsas vermir ki, gedib səkidə maşın saxlasın. Çünki səki ilə bağlı dayanma-durmanın qaydaları dəyişib. Səkilərdə avtonobil saxlamaq əvvəlki kimi 20 manat cərimə ilə nəticələnmir, 40 manat, 2 bal yazılır. Bu, yeni qaydalara uyğun tətbiq edilən cərmələrdir. Ona görə sürücülər də bu məsələdə son dərəcə diqqətli olmalıdırlar. Yəni heç bir cərimə və yaxud da heç bir səbəb sürücünü məcbur edə bilməz və yaxud da sürücüyə imkan verməməlidir ki, o səkidə digər hərəkət iştirakçılarının yolunu kəssin. Səki piyadaların yoludur, yol da sənin üçündür. Sənin ixtiyarın yoxdur ki, o yolu kəsəsən. Nə də piyadağın ixtiyarı yoxdur ki, yolun hərəkət hissəsində gəzsin və sürücülərə təhlükə yaratsın və yaxud problem yaratsın”, – ekspert vurğulayıb.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










