Banner

Elektrik mühərrikli avtobuslar YOLLARDA QALIR?“Baku Bus"dan AÇIQLAMA

Yazarlar 11 Dekabr 2024 00:00 Oxunub 718
Elektrik mühərrikli avtobuslar YOLLARDA QALIR?  – “Baku Bus"dan AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər sosial şəbəkələrdə elektrik avtobuslarının enerjisinin tez bitməsiylə bağlı paylaşımlar edilir. Bildirilir ki, sərnişinlər yarıyolda qalır və avtobus dəyişməyə məcbur olurlar.

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı "Baku Bus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva "Bakupost"a açıqlamasında bildirib ki, elektrik avtobuslarının enerjisinin bitməsi ilə bağlı faktlar ola bilməz:

“Çünki hər şey diqqər mərkəzindən saxlanılır. Avtobus qaraja daxil olandan sonra 3 saat ərzində 100 faiz enerjiylə təmin olunur. Bu təmin olunduqdan sonra isə gün ərzində marşrutun dövriyyəsi üçün nəzərdə tutulmuş kilometrajı əlavə enerji dolumuna ehtiyac olmadan qət edə bilir. Bundan əlavə, enerji səviyyəsi 50 faizdən aşağı düşəndə avtobus mütləq enerjidoldurma məntəqəsinə gedir. Növbə dəyişimi zamanı sürücülərə bu haqda təlimat verilir. Elektrik avtobsularının enerji bitmə halı yaşana bilməz”.

Bakupost.az

O bildirib ki, elektrik avtobuslarıyla bağlı cəmi bir dəfə problem yaranıb:

“Yeni avtobuslar olduğuna görə, sürücülər onunla indi tanış olurlar, ona görə də, sürücü bir düyməni səhv basmışdı və avtobus dayanmışdı. Bəzi insanlar da sosial şəbəkələrdə yazmışdılar ki, enerjisi bitdiyinə görə dayanıb. Biz bununla bağlı açıqlama verdik. Mən bir daha deyirəm ki, belə bir hal yaşana bilməz”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh