Kimlər oruc tuta bilməz? – ARAŞDIRMA

Mart ayının 1-dən Azərbaycanda Ramazan ayı başlayır. Oruc tutmaq insan orqanizminin sağlamlığı üçün çox önəmlidir. Amma səhhətində problemi və xroniki xəstəliyi olanlar üçün də oruc tutmaqla bağlı müəyyən təlimatlar var. Mütəxəssislər hər dəfə Ramazan ayında mədəsi ilə problem yaşayanlara xəbərdarlıq edir.
Bəs kimlər bu ayda oruc tuta bilməz?
Avtosfer.az-ın məlumatına görə, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi İbrahim Quliyev "Bizim.Media"ya açıqlamasında deyib ki, elə şəxslər var ki, oruc onlara həddən artıq məşəqqətli və zərərlidir:
“Əvvəla, oruc tutan şəxs həddi-buluğ yaşına çatmış, eyni zamanda əqli və ruhi baxımdan sağlam olmalıdır (hicri-qəməri təqvimlə qızlar 9, oğlanlar 15 yaş) Əgər qadın heyz halındadırsa və nifas müddətindədirsə, onun oruc tutması qadağandır. Oruc tutmaqdan ötrü vacib məqamlardan biri də şəriətin qadağasının olmamasıdır. Oruc tutan şəxs onu həyata keçirərkən bir şəxsin malına və əmlakına ciddi ziyan, yaxud zərər gələrsə, həmin şəxs oruc tutmamalıdır” - deyə İlahiyyatçı bildirib.
İbrahim Quliyev həmçinin qocaların, bəzi xəstəliklərə düçar olanların, hamilə və süd verən qadınların da oruc saxlamasının çətinliklər yarada biləcəyini vurğulayıb:
“Bu səbəbdən də əgər oruc tutmaq qoca şəxslərin sağlamlığına zərər gətirərsə, yaxud onları həddən artıq əldən salarsa, həmin yaşlı insanlar oruc tutmaya bilərlər. Əgər şəxs polidipsiya (susuzluq) xəstəliyinə yoluxmuşsa, həddindən artıq susuzluq keçirirsə və bu, oruc tutanda dözülməz xarakter alırsa, o, oruc tutmaya bilər.
Bu tövsiyələr hamilə qadınlara da aiddir. Ac qalmaq hamilə şəxsin özünə, yaxud bətnindəki uşağa zərər yetirərsə, həmin şəxs oruc tutmaqdan azaddır. Bu sıraya süd verən anaları da aid edə bilərik. Oruc saxlamaq süd verən şəxsə zərər gətirərsə, yaxud onun südünün azalmasına (habelə kəsilməsinə) səbəb olarsa, o da oruc tutmaya bilər” - deyə ilahiyyatçı əlavə edib.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










