Qadınlar daha çox qısqanır, yoxsa kişilər? - PSİXOLOQ AÇIQLADI

Qısqanclıq problemi demək olar ki, kişi və qadın münasibətlərində ən böyük problemlərindən biridir.
Bəs qadınlarla kişilərdə qısqanclıq eyni olurmu? Ümumiyyətlə münasibətlərdə qısqanclıq olmalıdırmı?
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Redaktor.az"a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, qısqanclıq münasibətin normal halı kimi qəbul edilir:
"Amma qısqanclığın patologiyası paranoyadır. Qısqanclığın səviyyəsi şəxsin həyata baxışından asılıdır. Qadınlarda qısqanclıq emosional formada olur. Qadınlar münasibət zamanı digər qadınlara və ya partnyorlarının davranışlarına daha çox diqqət yetirə bilərlər. Kişilərdə qısqanclıq isə mühafizə etmək üzərində formalaşır. Hər iki tərəfdə güvən problemi ola bilər. Bəzən münasibətlərdə qısqanclığın olması sevgi və diqqət göstəricisi kimi qəbul edilir. Çox və ya əsassız qısqanclıq münasibətə zərər verir".

Psixoloq əlavə etdi ki, qısqanclıqla edilən zorakılıq və ya təhdidlər qanunvericilikdə cinayət kimi qiymətləndirilir.
"Özünə güvənməyən insanlar daha çox qısqanclıq yaşayırlar. Öz dəyərinin aşağı olması qısqanclığı artırır. Keçmişdəki münasibətlərin uğursuzluğu və ya aldatma kimi travmalar qısqanclıq hisslərini gücləndirir. Münasibətdə düzgün və açıq ünsiyyətin olmaması emosional fonda problemlərə səbəb olur. Münasibətlərin sağlam və uzunmüddətli olması üçün duyğuları açıq və səmimi paylaşmaq vacibdir. İnsanlar münasibət qurduqda, münasibətlərinin sərhədlərini birlikdə formalaşdırmalıdır. Sivil formada ayrılmağı öyrənməlidirlər. Zorakılıqla münasibət olmur, cinayət olur. Ayrılmaq da münasibətin bir hissəsidir. İnsanlar ayrılmaq ehtimalının reallığını unutmamalıdır. Ayrılmağı bacaran insanla münasibət qurulmalıdır. Münasibətlərin tənzimlənməsi üçün psixi sağlamlıq mütəxəssislərinə, təmizlənməsi üçün isə aidiyyəti dövlət qurumlarına və ya hüquq mühafizə orqanlarına müraciət edilməlidir", - deyə Rövşən Nəcəfov bildirdi.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










