Şəhərlərdə sürət həddi aşağı salınmalıdır - Ekspertdən TƏKLİF

"Yol hərəkəti təhlükəsizliyi mövzusu günümüzdə daha çox əhəmiyyət kəsb edir. Son illərdə piyada vurma halları artıb və bunun əsas səbəblərindən biri yüksək sürətdir. Sürət həddinin çox olması qəzanın fəsadlarını ağırlaşdırır. Bundan əlavə, şəhər ərazilərində düzgün piyada keçidlərinin olmaması da ciddi bir problemdir. Keçidlərin olmadığı və ya pis yerləşdirildiyi məkanlarda çoxsaylı qəzalar baş verir".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev son zamanlarda baş verən avtomobil qəzaları zamanı piyadaların vurulma hallarından danışarkən bildirdi.

"Ölkədə sürəti azaldan həllərin tətbiqi vacibdir. Şəhərlərdə sürət həddinin aşağı salınması və daha yaxşı piyada keçidlərinin tikilməsi ilə qəzaların qarşısı alına bilər. Həmçinin, işıqlandırma və yol nişanları da piyada təhlükəsizliyini artırmaqda mühüm rol oynayır. Beləliklə, yol hərəkətində təhlükəsizliyi artırmaq üçün həm sürət həddi, həm də infrastruktur təkmilləşdirilməlidir", - deyə ekspert vurğuladı.
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım












