Sərnişinlərə əziyyət verən 64 saylı marşrut – Nə vaxt düzələcək?

“Neftçilər”dən Günəşli istiqamətində işləyən 64 saylı marşruta minmək hələ vaxtında mənzil başına çatmaq anlamına gəlmir. Ona görə ki, hər həftə bu avtobuslardan biri yarı yolda xarab olub sıradan çıxır. Nəticədə sərnişinlər yolda həm əlavə vaxt itkisi ilə üzləşir, həm də iki dəfə ödəniş etməli olurlar. Əsəb-sinir itkisi isə öz yerində...
Buna səbəb nədir, nasaz avtobuslar niyə xəttə buraxılır?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, 2160 avtobus xəttə çıxır və onların hamısının yeniləndiyini demək mümkün deyil.
“Onlardan minə yaxın avtobus nasaz vəziyyətdədir və istismara yararsızdır. Xətdən ona görə çıxarılmırlar ki, hazırda onları əvəz edəcək yeni avtobuslar yoxdur. Növbəti ildə Azərbaycanda illik 200-250 elektrikli avtobusun yığılması və istifadəyə verilməsi nəzərdə tutulur. Bu, yerli istehsal deyil, digər ölkələrdə istehsal edilən ehtiyat hissələrinin Azərbaycanda qurşadırılmasıdır. Növbəti mərhələdə isə ehtiyat hissələrinin də Azərbaycanda istehsal edilməsi nəzərdə tutulur. Bu proses ən azı 5 il vaxt aparacaq. Bu müddətdə həm köhnə avtobusların sıradan çıxarılması nəzərdə tutulur, həm də yeni avtobuslar alınmalıdır. Bakı şəhərində təxminən 2800 avtobusa ehtiyac var.

Elməddin Muradlı
1700 yeni avtobus almaq lazımdır. Dövlət proqramında elektrikli, ikinci versiya kimi isə sıxılmış qazla işləyən avtobuslara üstünlük verilir. Onların da qiyməti 300-500 min arasındadır, böyük vəsait lazımdır, çox qısa müddətdə həll etmək mümkün deyil. İlk fürsətdə 64 nömrəli avtobus kimi nəqliyyat vasitələri dəyişilməlidir”.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən açıqlama veriləcəyi bildirildi.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











