Yalan məlumat yayanlara XƏBƏRDARLIQ - Məsuliyyətsizlik cinayətə çevrilə bilər

Son illər mediada araşdırılmamış, əsassız və böhtan xarakterli məlumatların tirajlanması halları artmaqdadır. Bəzi informasiya resursları fakt yoxlaması aparmadan, şəxslərin nüfuzuna, şərəf və ləyaqətinə toxunan iddiaları ictimailəşdirir. Bu isə bir çox hallarda hüquqi müstəviyə daşınır və media orqanlarının məsuliyyət daşımasına səbəb olur. Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Vüsal Cəfərov bildirib ki, belə hallarda həm Mülki, həm də Cinayət Məcəlləsi çərçivəsində tədbirlər görülə bilər:
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılıbsa və məlumat yayan şəxs onların həqiqətə uyğun olduğunu sübut edə bilmirsə, həmin şəxs bu informasiyanın məhkəmə qaydasında təkzibini tələb edə bilər”, - deyə vəkil qeyd edib.
Eyni zamanda, həmin Məcəllənin 23.2-ci maddəsinə görə, əgər bu cür məlumatlar media vasitəsilə yayılıbsa, təkzib də eyni media vasitəsilə verilməlidir.
Daha ciddi hallarda isə məsələ cinayət məsuliyyətinə qədər gedib çıxa bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində göstərilir:
“Əgər şəxs bilərəkdən yalan məlumat yayırsa və bu məlumat digər şəxsin şərəf və ləyaqətini alçaldırsa, onu nüfuzdan salırsa, bu, “böhtan” cinayətinin tərkib hissəsi sayılır.”
Vüsal Cəfərov diqqətə çatdırıb ki, bu maddəyə əsasən, sözügedən əməllərin cəzası mövcuddur:
“Belə ki, 1000 manatdan 1500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə bu cəza növlərinə daxildir. Şəxsin nüfuzuna qəsd edən və yalan olduğu əvvəlcədən məlum olan məlumatları yaymaq cəmiyyət üçün təhlükəli presedent yaradır və buna görə məsuliyyətin gücləndirilməsi vacibdir”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










