«20 Yanvar» dairəsi dəyişdi – İndi kim kimə yol verməlidir?

“Azəryolservis” ASC “20 Yanvar” dairəsində tıxacların aradan qaldırılması, nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlavə tədbirlər görüb. Avtosfer.az qurumun saytına istinadən xəbər verir ki, əvəllər Sumqayıt istiqamətindən yan yolla şəhərə, “20 Yanvar” dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrinə gözləyərək hərəkətlərini davam etdirirdilər. Nəticədə həmin istiqamətdə böyük tıxac yaranırdı. Bunun qarşısını almaq üçün nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişiliklər edilib. Belə ki, “Şamaxinka” adlanan ərazidən “20 Yanvar” dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən hərəkətlərinə davam edə biləcəklər. Dairədə hərəkətdə olan nəqliyyat vasitələri isə həmin istiqamətdən gələn nəqliyyat vasitələrini gözləmək məcburiyyətində qalacaq. Bunun üçün sözügedən ərazidə müvafiq nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb. Şəhər istiqamətindən dairəyə daxil olan nəqliyyat vasitələri isə əvvəlki kimi dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləyərək hərəkətlərinə davam edə biləcəklər.
Bundan əlavə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən “20 Yanvar” dairəsində sıxlığın aradan qaldırılması üçün dairəyə girişdə yolun hərəkət hissələri genişləndirilib, yolun kənarlarına səki daşları qoyulub. “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti və “3-cü mikrorayon” dairəsinə doğru yan yolarda da hərəkət hissə genişləndirilib. Sözügedən ərazidə yeni asfalt-beton örtüyü çəkilib, nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














