40 dəqiqəyə Sumqayıta getmək üçün az qaldı - VİDEO

Bakı-Sumqayıt dəmir yolunun 41-km-i hazırdır. Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir. Hazırda Xırdalan - 10-cu blok post mənzilində 1150 metr uzunluğunda baş yollarının təmiri həyata keçirilir. "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin müdiri Nadir Əzməmmədovun sözlərinə görə, artıq yolun 41 km-i hazırdır. O bildirdi ki, 1.6 km yol çəkilməlidir ki, bu istiqamətdə də hazırlıq işləri davam etdirilir. Bundan əlavə işlər hal-hazırda Xırdalanda, Keşlədə də həyata keçirilir. Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə martın 3-də start verilib. Təmiri İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Təmir işləri çərçivəsində 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı Sərnişin Stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












