91 küçədə yeni piyada zolağı çəkdilər - FOTOLAR

Yeni tədris ili ilə əlaqədar piyada zolaqları çəkilib. "Azəryolservis" ASC-dən Avtosfer.az-a daxil olan məlumata görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli protokoluna əsasən və yeni tədris ilinin başlanması nəzərə alınaraq, piyada zolaqlarının yenidən rənglənməsi və yeni piyada zolaqlarının çəkilməsi işləri aparılıb. Bu işlər piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsini təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən paytaxtın 91 küçə və prospektində həyata keçirilib. Xüsusi olaraq məktəblərin yerləşdiyi küçə və prospektlərdə aparılan işlər nəticəsində 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Bununla da piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsi təmin edilib.
Bundan başqa Bakı şəhərində 28 küçə və prospektdə 164 avtobus dayanacağında məlumatverici üfüqi nişanlanma xətləri də çəkilib.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO















