Aeroportdan şəhər mərkəzinə ekspress marşrutlar açıla bilər

Gələn ay Bakıda keçiriləcək və 17 gün davam edəcək ilk Avropa Oyunları ərəfəsində paytaxtımıza minlərlə idmançı və texniki heyət üzvlərindən başqa, həm də xeyli turist gələcək. Artıq Bakıda nəqliyyat sisteminin oyunlara uyğunlaşdırılması istiqamətində işlərə başlanılıb. Bəzi marşrut xətləri bağlanıb, bəzilərin yolu dəyişdirilib və ya korrektə edilib. Qarşıda duran əsas məsələlərdən biri də turistlərin Heydər Əliyev adına Beynəlxalq Hava Limanından şəhərin müxtəlif yerlərinə - idman yarışlarının keçirildiyi yerlərə çatdırılmasıdır.
Avtosfer.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov lent.az-a bildirib ki, oyunlar vaxtı və ya bu ərəfədə aeroportdan şəhərin müxtəlif yerlərinə sərnişindaşıma ilə məşğul olacaq ekspress avtobusların fəaliyyətə başlaması istisna deyil: "Bu məsələ gündəmdədir və hesab edirik ki, Avropa Oyunları vaxtı aeroportdan şəhərin mərkəzinə doğru ekspress marşrut xətlərinin təşkil edilməsi istisna deyil. Bu məsələ yarışların təşkili ilə məşğul olan komitənin də gündəmindədir və mayın 20-dək bununla bağlı konkret məlumat veriləcək".
N.Həsənov əlavə edib ki, hava limanından şəhərin mərkəzinə - Səməd Vurğun bağına doğru hərəkət edən 16 saylı xətt avtobusu əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Həmçinin aeroportda xeyli London taksisi paytaxtımıza gələcək turistlərin xidmətində olacaq: "Biz əvvəllər də lisenziyası olmayan taksilərə qarşı tədbirlər görürdük. Bundan sonra da belə olacaq. Aeroportda isə əsasən London taksiləri sərnişindaşıma ilə məşğul olacaq".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












