Ağdərənin Umudlu kəndinə çəkilən avtomobil yolu turizmin inkişafına da töhfə verəcək - FOTO

Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması da belə layihələrdən biridir. Həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Məmməd Məmmədov bildirib ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib.
Ümumi uzunluğu 9,4 kilometr olan avtomobil yolu dördüncü texniki dərəcəlidir. Yol bir gediş, bir gəliş olmaqla, iki zolaqdan ibarətdir və hərəkət hissəsinin eni 6 metrdir. Yenidənqurma işləri çərçivəsində torpaq yatağının genişləndirilməsi işləri həyata keçirilib, yağış sularının kənarlaşdırılması məqsədilə suötürücü borular quraşdırılıb, beton küveytlər inşa edilib. Yol əsası tikilərək iki lay asfalt-beton örtük döşənilib.
Nəqliyyatın hərəkətinin rahat və təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görülüb. Belə ki, yolboyu üfüqi xətlənmə işləri həyata keçirilib, yol nişanları quraşdırılıb. Avtomobil yolunun dağlıq ərazidən keçdiyini nəzərə alaraq, sərt döngələrdə metal təhlükəsiz çəpərləri istifadə olunub.
Qeyd edək ki, martın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.




DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










