Aviaşirkətlər təyyarələrdə yüksək sürətli WiFi quraşdırır

Yaxın gələcəkdə təyyarələrdə WiFi xidməti restoran və kafelərdə olan internet çıxışı kimi adi hal olacaq.
Avtosfer.az www.wsj.com-a istinadən xəbər verir ki, bazar günü Le-Burjedə başa çatmış aviaşouda aviaşirkətlər və onların tərəfdaşları tezliklə aviauçuşlar zamanı sərnişinlərə əlçatan olacaq yeni simsiz rabitə xidmətlərini elan ediblər.
Uzun müddət uçuş zamanı Wi-Fi tamamilə əlçatmaz olub, ya da daşıyıcılar tərəfindən ona cüzi gəlir mənbəyi kimi baxılıb. Amma yeni texnologiyalar sayəsində vəziyyət tamamilə dəyişə bilər.
Geniş zolaqlı peyk rabitəsi artıq yalnız şəbəkəyə çıxışa deyil, həm də əyləncə və idman verilişlərinin internet translyasiyasına baxmağa imkan verir. Həmin texnologiyalar aviaşirkətlərin yerdə olan xidmətlərini və aeroportların təyyarə göyərtəsində olan vəziyyətə dair daha keyfiyyətli informasiyaya malik olmasını təmin edəcək.
İndiyədək təyyarənin bortunda məlumatların ötürülməsi sürəti zəif idi və “SITA Onair” provayderinin məlumatına görə, uçuşlar zamanı sərnişinlərin təqribən 5 faizi ödənişli Wi-Fi şəbəkələrinə qoşulub. Yeni peyk texnologiyaları bu vəziyyəti düzəltməlidir.
“Honeywell International” və “Inmarsat” maneəsiz “YouTube” video-kontentini və rəqəmli radio-verilişləri təyyarənin bortuna translyasiya etməyə imkan verən “Global Xpress Aviation” simsiz şəbəkəsinin işini nümayiş etdirib.
“Gələcəkdə təyyarələrdə internetə çıxış mümkün olacaq, rəqabət amili marketinq olacaq, - Panasonic şirkətinin Kaliforniya bölməsinin Panasonic Avionics qlobal telekommunikasiya xidmətlərinin vitse-prezidenti Devid Bruner ehtimal edir. – Şirkətlər öz arasında daha keyfiyyətli xidmətlərin təqdim edilməsinə dair yarışacaqlar”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












