Avropa Oyunları dövrü üçün nəqliyyat planı

“I Avropa Oyunları zamanı nəqliyyat sisteminin təhlükəsiz, rahat, səmərəli hərəkətini, həmçinin paytaxt sakinlərinin rahatlığına təsirin daha az olmasını təmin edəcək hərtərəfli nəqliyyat planı hazırlanıb”. APA-nın xəbərinə görə, bunu “Bakı 2015”in İdman Şöbəsinin direktoru Pirs O’Kallaqan deyib. O bildirib ki, Oyunların təşkilat komitəsi bununla bağlı Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq edib.
Pirs O’Kallaqan son günlər Azərbaycanda keçirilmiş IV “Tour d’Azerbaijan” yarışının qalibi təbrik edib və Azərbaycanın növbəti dünya səviyyəli tədbirə ev sahibliyini yüksək qiymətləndirib: “Bu cür idman tədbirləri zamanı bəzi yollarda hərəkətin məhdudlaşdırılması qaçılmaz olsa da, biz bu yeni yarış dövrəsinin Bakı sakinlərinin rahatlığına təsirini minimuma endirmək üçün Federasiya ilə yaxından çalışdıq və şəhərə “nəfəs almağa” imkan verdik. Biz, hər şeyin plana uyğun getdiyini və küçələrdə insanların bu cür maraqlı yarışdan zövq almasına şərait yaratmasından məmnun qaldıq”.
Pirs O’Kallaqan onu da qeyd edib ki, turun son mərhələsi üçün istifadə olunan dövrə, Avropa Oyunlarının şosse yarışları zamanı da velosipedçilər tərəfindən istifadə olunacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












