Avropa Oyunlarına görə bağlanan marşrutlar bərpa edilir - Şad xəbər

Bakıda ləğv edilən avtobus marşrutları bərpa edilir. Bu haqda modern.az saytına Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov məlumat verib: “İlk Avropa Oyunları ilə bağlı tətbiq edilən qaydalar mayın 29-dan iyunun 30-a kimi nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, həmin tarixə hələ 3-4 gün var. Amma iyulun 1-dən ləğv olunan marşrutlar bərpa ediləcək”.
Azərbaycana çoxsaylı turistlərin gəlməsi və yarana biləcək tıxacların qarşısının alınması üçün bir neçə avtobus marşrutu ləğv edilib, bəzilərinin istiqaməti dəyişdirilib. Məsələn, 14 saylı marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub. 20, 188, 53, 90, 83 saylı marşrutlar ləğv edilib.
86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub. 124 saylı marşrutun hərəkəti 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb.
70 saylı marşrutun istiqaməti dəyişdirilib. 95 və 2 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb. 82 saylı marşrutun istiqaməti qısaldılıb və s.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












