Avtobus sürücüləri vahid formaya keçir - VİDEO

Bakıda sərnişin avtobuslarının sürücüləri üçün vahid geyim forması müəyyənləşib. Avtosfer.az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərov ANS-in "Günə Baxan" verilişində bildirib. Onun sözlərinə görə, Avropa Oyunları dövründə sərnişin avtobus sürücüləri yalnız vahid formada xidmət göstərəcəklər. Əgər sükan arxasında forma geyinməmiş sürücü aşkarlanarsa, həmin şəxs dərhal avtobusdan çıxarılacaq və barəsində ciddi ölçü götürüləcək. "İlk öncə biz qərara almışdıq ki, həmin forma yalnız oyunlar keçirilən ərazilərə sərnişin daşıyan avtobus sürücüləri üçün tətbiq olunsun. Lakin sonradan düşündük ki, bu bütün sərnişin avtobusunun sürücülərinə şamil edilsin. Həmin formalar görünüşünə və rahatlığına görə göz oxşayır. Xüsusi kostyum, ayaqqabı və qalstuk formaya daxildir", - deyə Əmrah Cəfərov bildirib.
Qeyd edək ki, vahid geyim qaydası oyunlardan sonra da davam edəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












