Avtobusda arxa qapıdan düşüb qaçanlara qarşı addım – VİDEO

Sərnişin avtobuslarının sürücüləri bəzi hallarda dayanacaqlarda sərnişinlərin düşməsi üçün yalnız qabaq qapını açırlar. Bu isə əksər hallarda həm sərnişinlərin vaxt itkisinə, həm də sürücü-sərnişin mübahisəsinə səbəb olur. Sürücülər isə bu addımı pulunu ödəməyib qaçan sərnişinlərə görə atdığını deyirlər.
Sürücü avtobusu dayanacaqda saxlayır.Avtobusun iki qapısı olmasına baxmayaraq sürücü sərnişinlərin düşməsi üçün yalnız qabaq qapını açır. Bu isə sərnişinlərin maşurutdan düşərkən xeyli vaxt itirməsinə ilə yanaşı, sürücü-sərnişin mübahisələrinin yaranmasına da səbəb olur.
Avtobus sürücüləri bildirirlər ki, xüsusən pik saatlarda bəzi sərnişinlər sıxlıqdan istifadə edərək gediş haqqını vermirlər.
Sürücülərin dediklərinə görə gün ərzində gediş haqqını ödəmədən gedən onlarla sərnişin olur.
Sərnişinlər isə bildirirlər ki, sürücülərin bu adımı isti yay günlərində onların narahatçılığına və vaxt itkilərinə səbəb olur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












