Avtobuslar peyinlə işləyəcək - VİDEO

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, İngiltərənin Ridinq şəhərində sərnişin daşımada geniş istifadə olunmağa başlayan avtobus saatda 123 kilometr sürətlə hərəkət Edir. Qeyri-adi avtobusun sürətini artıra bilmək üçün mühərrikə yenidən əl gəzdirməli olan mühəndislər tapşırığın öhdəsindən gəlib.
Mühəndislər yaxın gələcəkdə avtobusun sürətinin daha da yüksələcəyini istisna etmir. Söhbət sadəcə rekord vurmaqdan getmir, bu avtobus həm də ekoloji baxımdan tamamilə təhlükəsiz olduğundan, benzinlə işləyən bütün avtobuslardan daha faydalıdır.
Əlbəttə, ingiltərədə nəqliyyat qanunları ictimai nəqliyyat vasitələrinin yollarda saatda 100 kilometr sürət yığmasına icazə vermir. İngilisləri, peyinlə işləyən avtobusun sürətini artırmağa vadar edən, bu avtobusun ləng işlədiyi ilə bağlı insanların beynində yaranan təəssüratı aradan qaldırmaqdır.
Qeyd edək ki, avtobusun mühərriki mal-qara peyinindəki metan qazını ayıraraq enerjiyə çevirir. Bu avtobusun yanacaq çəninə birbaşa peyin yox, maye halına salınmış mal-qara tullantısı doldurulur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












