Avtobuslarda nağdsız ödəniş edə biləcəyik

Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər uzun müddətdir ödəniş sistemində ara-sıra yaşanan texniki və funksional çatışmazlıqlardan narahatlıq ifadə edirlər.
Hazırda ictimai nəqliyyatda ödəniş üçün “BakıKart” və QR üsulu mövcuddur. Ödəniş üçün nəzərdə tutulan terminalın çatışmazlığı, QR ödənişlərində ara-sıra yaranan problemlər sərnişinləri çətin vəziyyətə salır.
Qeyd edək ki, ictimai nəqliyyatda bank kartları ilə ödəniş sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılır.
Avtosfer.az xəbər verir ki, modern.az təmassız ödəniş sisteminin tətbiqi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi və nağdsız ödəniş alətlərindən istifadə üçün beynəlxalq təcrübə nəzərə alınıb.
Əlavə olaraq məlumatda əks olunub ki, nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanının yaradılması nəzərdə tutulur.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












