Avtobusların görünüşü dəyişir – Reklamları soyurlar

Bakıda sərnişin avtobuslarının üstünə vurulan reklam və məlumatlandırıcı şəkillər söküləcək. Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin anspress-ə verdiyi məlumata görə, paytaxtda xidmət göstərən bütün sərnişinlərə xidmət göstərən avtobuslara vurulan reklamları çıxaracaqlar. Onun sözlərinə görə, bir neçə günə bu işlər tamamlanacaq.“Çıxarılan reklamların yerinə Avropa Oyunları ilə əlaqəli reklamlar və loqo vurulacaq. Çıxarılan reklmaların yeri isə təmizlənəcək. Çırkli avtobuslar xətdən çıxarılacaq. Həmin avtobusun sahibkarları isə cərimələnəcək”, - deyə Vüqar İbrahimli bildirib.
Qurum rəsmisi bildirib ki, bu gün “28 may” stansiyası yaxınlığında 46 saylı sərnişin avtobuslarının üstündən reklamlar soyulub. Həmin avtobuslardan 5-nin reklamı soyulduqdan sonra onun yeri qara və çırkli olub. Avtobuslar təmizlənmədən xəttə buraxılıb. Bu səbəbdən 5 avtobus xətdən uzaqlaşdırılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












