Avtomobil sığortasında yenilik olacaq

«Avtonəqliyyat sahiblərinin məsuliyyətinin icbari sığortası şəhadətnamələrinin elektronlaşdırılması istiqamətində iş gedir». Bunu "APA-Economics"ə müsahibəsində Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib. “Hal-hazırda əsas planlardan biri kağız avtonəqliyyat sahiblərinin məsuliyyətinin icbari sığortası şəhadətnamələrinin ləğv edilərək elektronlaşdırılmasıdır. Yəni, bundan sonra icbari avtomobil sığortası da elektron formada olacaq. Bu da insanlara sığorta şəhadətnaməsini daha asan yolla evdə oturaraq internet vasitəsilə və yaxud ödəniş terminalları vasitəsilə əldə etməyə imkan verəcək”, - deyə N.Xəlilov vurğulayıb. O əlavə edib ki, şəhadətnamələrin internet və yaxud ödəniş terminalı vasitəsilə alınması onların qiymətini aşağı salmağa şərait yaradacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












