Avtomobil yollarının tikintisi ilə bağlı VACİB QƏRAR

Nazirlər Kabineti “Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası”nda dəyişikliklər edib. Avtosfer.az-ın məlumatına görə, dəyişikliklər bir sıra vacib məsələləri əhatə edir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 320 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1291) ilə təsdiq edilmiş “Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiQaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.3-cü bənd, 3-cü və 4-cü hissələr ləğv edilsin.
2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi
2.1. Ehtiyat zonalarında yalnız müvəqqəti bina və qurğuların yerləşdirilməsinə yol verilir.
2.2. Ehtiyat zonalarında bina və qurğuların, həmçinin kommunikasiyaların yerləşdirilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 14-cü fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
2.3. Ehtiyat zonalarında yeni kommunikasiyaların (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələrinin və qurğularının) yerləşdirilməsinə və bu məqsəd üçün lazımi qurğuların tikintisinə, habelə yükgötürən konstruksiyaların gücləndirilməsinə sərf olunan bütün xərclər kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər tərəfindən ödənilir.”.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












