Avtomobil yollarının yerləşdiyi torpaqlarla bağlı MÜHÜM QƏRAR

Nazirlər Kabineti “Avtomobil yollarının təhkim zolağının ölçüləri”ndə dəyişikliklər edilməsi haqqında qərar verib. Avtosfer.az-ın məlumatına görə, Baş nazir Artur Rasizadənin imzaladığı qərarda deyilir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1288) ilə təsdiq edilmiş “Avtomobil yollarının təhkim zolağının ölçüləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1.4-cü, 2.5-ci və 3.1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“1.4. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz.
2.5. İstehsalat obyektlərinin və avtomobil yollarının ayrı-ayrı tikinti elementlərinin yerləşdirilməsi üçün tələb olunan torpaq sahəsinin ölçüləri 16 nömrəli cədvələ uyğun olaraq təyin edilir.
3.1. Avtomobil yollarının təhkim zolağının ölçüləri müəyyən edilərkən, avtomobil yollarının aşağıda göstərilən hissələrinin torpaq yatağı fərdi layihələndirilmə tələb etdiyindən, 1-15 nömrəli cədvəllərdə göstərilən ölçülər bu sahələrə şamil edilmir:
3.1.1. tökmələrin hündürlüyünün və ya qazmaların dərinliyinin maksimal həddi 12 metrdən çox olan;
3.1.2. körpülərə, yol ötürücülərinə və tunellərə yanaşmalarda yerləşən.”.
2. Aşağıdakı məzmunda 1.5-ci və 3.1-1-ci bəndlər əlavə edilsin:
“1.5. Azərbaycan Respublikasının Asiya avtomobil yolları şəbəkəsinə daxil olan yollarının layihələndirilməsi zamanı Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 878-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Asiya Avtomobil Yolları Şəbəkəsi haqqında Hökumətlərarası Saziş”ə əsasən müəyyən olunmuş layihələndirmə normaları tətbiq edilir.
3.1-1. Avtomobil yollarının bu sənədin 3.1-ci bəndində sadalanan sahələrinin normaları ərazi planlaşdırılması sənədləri və tikinti layihəsi əsasında müəyyən edilir.”.
3. 3.2-ci, 3.6-cı bəndlər və 16 nömrəli cədvəlin “Qeydlər”i ləğv edilsin.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












