Avtomobillərin sertifikatlaşdırma qaydası müəyyənləşib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikası ərazisində yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları”nı təsdiq edib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, sertifikatlaşdırma insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran obyektlərin idxalının və istehlakının qarşısını almaq məqsədi ilə keçirilir.
Bu Qaydaların müddəaları təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Naxçıvan Muxtar Respublikası ərazisində atmosfer havasının çirklənməsinə təsir göstərə bilən fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir. Obyektlərin atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırma proseslərini Naxçıvan Muxtar Respublikasının sertifikatlaşdırma orqanı - Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və xüsusi təyin edilmiş orqan - Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Uyğunluq sertifikatının verilməsi qaydalarını Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə hazırlayıb təsdiq edirlər. Sertifikat 2 il müddətinə verilir. İdxal olunan avadanlıqların müvafiq sertifikatlarının tanınması qanunvericiliyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












