Avtomobillərin sığortası qaydası dəyişdirildi

Maliyyə Nazirliyinin Kollegiyası “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nda dəyişiklik edib. Dəyişiklik sərhəd sığorta müqaviləsi üzrə sığorta haqqı ilə bağlıdır. İndiyə qədər Azərbaycan Respublikasının ərazisinə tranzit məqsədilə daxil olan xarici ölkədə qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin sahibləri ilə bir ay müddətinə bağlanan icbari sığorta müqavilələri üzrə sığorta haqları müvafiq avtonəqliyyat vasitəsinə görə bu Qaydalar əsasında hesablanan bir illik sığorta haqqının 25 faizi həcmində müəyyən edilir. Dəyişikliyə əsasən bundan sonra digər ölkədə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının ərazisinə daxil olarkən sürücüsü tərəfindən “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulmuş Yaşıl Kart təqdim olunmayan avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan sərhəd sığorta müqavilələri üzrə sığorta haqları bu Qayda əsasında müqavilənin müddətindən asılı olaraq müəyyən ediləcək. Başqa sözlə, bir ay müddətinə bağlanan müqavilələrə münasibətdə bir illik sığorta haqqı məbləğinin 20 faizi, üç ay müddətinə bağlanan müqavilələrə münasibətdə bir illik sığorta haqqı məbləğinin 45 faizi, altı ay müddətinə bağlanan müqavilələrə münasibətdə bir illik sığorta haqqı məbləğinin 70 faizi, on iki ay müddətində bağlanan müqavilələrə münasibətdə bir illik sığorta haqqı məbləğinin 100 faizi nisbətində sığorta haqları müəyyən ediləcək. Bu qərar 2016-cı ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












