Avtoservislərin aqibəti necə olacaq?

“Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən üçüncü mühüm dəyişiklik ölkəmizdə avtomobillərin təmiri və onlara texniki xidmət göstərilməsi işi ilə məşğul olanlara aiddir. Avtosfer.az-ın məlumatına görə, belə məlum olur ki, yaxın gələcəkdə bu fəaliyyət sahəsinə aid standartlar müəyyən ediləcək. Özü də həmin standartlar üç istiqamət üzrə nəzərdə tutulur: a) texniki-təmir stansiyalarının (sahələrinin) istehsalat-texniki bazasının standartı; b) onların texnoloji təchizatının (yəni avadanlıqlarının və s.) standartı; c) istehsalat sahələrində texnoloji prosesin təşkilinin (yəni işçi heyətin ixtisası, iş metodikası, əməyin təşkili və s.) standartı.
Həmin standartların tətbiq edilməsi bu fəaliyyətin beynəlxalq standart və normativlərə uyğunlaşdırılmasına yönəlib. Əslində hazırda dünyanın inkişaf etmiş ölklərində belə standartlar var və onları ana dilimizə çevirərək təsdiqləmək, daha sonra geniş ictimaiyyətə təqdim etmək lazımdır.
Edilmiş dəyişiklikdən görünür ki, avtomobillərə texniki xidmət göstərən stansiya və sahələrdə həmin standartlara riayət edilməsinə ciddi nəzarət olacaq. Avtomobillərə texniki xidmətlə bağlı bu yeniliklər ölkədə bu fəaliyyətin müasir səviyyədə qurulmasına, müştərilərə zəmanətli xidmətin təmin olunmasına, habelə bu fəaliyyətin subyektlərinin məsuliyyətini yüksəltməyə yönəlib. Bununla belə, bu yeniliklərin tətbiqindən sonra avtomobillərə texniki xidmətlə məşğul olan fərdi ustaların, kiçik təmir yerlərinin fəaliyyəti praktiki olaraq mümkünsüz olacaq. Çünki onlardan öz işini müasir standartlar səviyyəsində qurmaq, qabaqcıl texnogiyalardan və avadanlıqlardan istifadə etmək tələb olunacaq. Bunun xırda təmir sahələrinin və əksər fərdi ustaların imkanı çərçivəsində olmayacağı isə aydındır. Nəticədə, xırda təmir sahələri ya bağlanmağa, ya da iri təmir sahələri ilə birləşməyə məcbur olacaq. Təəssüflə qeyd etmək istəyirəm ki, bu yeniliklər də avtomobillərə texniki xidmət sahəsində xidmət haqlarının artırılmasını vəd edir. Ona görə də bu yenilikləri elə tətbiq etmək lazımdır ki, süni şəkildə qiymət artımı baş verməsin.
Ərşad Hüseynov
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












