“Avtovağzal” metrostansiyası “Memar Əcəmi-2” ilə eyni vaxtda açılacaq

Uzun müddətdir inşasına başlanılan "Avtovağzal” metrostansiyasının açılışı çoxdan gözlənilsə də, gecikir. Artıq bir neçə dəfə metrostansiyanın açılış vaxtı dəyişdirilib. Son vaxtlar isə stansiya ətrafında işlərin ləngidiyi müşahidə edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev modern.az-a açıalqmasında bildirib ki, metorunun "Avtovağzal” stansiyasının açılışı gələn ilə qalıb. Həmin vaxt eyni zamanda "Memar əcəmi-2” stansiyası da fəaliyyətə başlayacaq. "Avtovağzal” və "Memar Əcəmi-2” stansiyalarında işlər davam edir. Artıq quraşdırılma işlərinə başlanılıb. Gələn il hər iki stansiyanı istifadəyə verəcəyik”.
N.Paşayev ilin sonuna kimi "Elmlər Akademiyası” metrostansiyasının ikinci çıxışının istifadəyə hazır olacağını qeyd edib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart sərəncamı ilə təsdiq edilmiş perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq. Dövlət Proqramı əsasında, hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












