Azərbaycan alimləri tapdılar - yollar uzunömürlülü olacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri asfalt-beton örtüklərinin uzunömürlülüyünü artıran yeni qatqı əldə ediblər. Akademiyadan verilən məlumata görə, AMEA prezidenti Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunda "Bitum adgeziya qatqısı”nın alınması prosesi ilə tanış olub.Qeyd olunub ki, asfalt-beton örtüklərinin keyfiyyətinin yaxşılaşdırılması və uzunömürlülüyünün artırılması məqsədi ilə istifadə olunacaq qatqının aidiyyəti zavodlarda birbaşa istehsalata tətbiqi mümkündür. Zavodun ərazisində müalicəvi və təbii ağ Naftalan yağının alınması qurğusunun isə iki ay müddətində tam istifadəyə verilməsi nəzərdə tutulub. Təcrübə-Sənaye Zavodunda "Solidol”, "Litol 24” və "Floran YP-2” də daxil olmaqla 8 adda plastik sürtkü materialının, ümumilikdə isə 25 adda məhsulun istehsalına başlanılıb./movqe.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












