Azərbaycan avtomobil satmağa başladı

Naxçıvan Avtomobil Zavodu (NAZ) xarici bazara çıxıb. Avtosfer.az “marja”ya istinadən xəbər verir ki, artıq bu ildən etibarən “NAZ-Lifan LF-330”, “LF-720” və “X-60” modellərinin Belarusa ixracına başlanılıb. 2010-cu ildə 37 nəfər heyətlə fəaliyyətə başlayan NAZ-da hazırda 65 mütəxəssis çalışır. İllik istehsal gücü 5 min avtomobil olan zavodda hazırda 9 modeldə avtomobil istehsal olunur.
Yeni modellərin yığımına başlanacaq
NAZ yeni “NAZ-Lifan X50” və “NAZ-Lifan 820” modellərini yığmağa hazırlaşır. Təxminən sentyabr-oktyabr ayları ərəfəsində yeni modellərin satışına başlanılacaq.
NAZ-Lifan X50 kompakt krossoverdir. Avtomobil 1.5 litr, 103 at gücündə mühərriklə və avtomatik sürət qutusu ilə təchiz olunur. Baza təchizata ABS əyləc sistemi, kondisioner, audio sistem və natamam elektropaket daxildir.
NAZ - Lifan 820 modeli isə biznes klas sedandır. Avtomobil 2,4 motora, avtomat sürət qutusuna malik olacaqdır.
Avtomobillərin satış qiyməti tam məlum deyil.
DAHA 400 AVTOMOBİL VERİLƏCƏK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə sosial qayğıya ehtiyacı olan insanlara və veteranlara “NAZ-Lifan LF-320” model avtomobillər verilir. 2011-ci ildən bu günədək bu məqsədlə 2397 ədəd avtomobil istehsal olunaraq təhvil verilib. Bu ilin sonuna kimi Nazirlik üçün daha 400 avtomobilin istehsalı nəzərdə tutulub.
NAZ “Bakı 2015 İlk Avropa Oyunlarına da 280 avtomobil vermişdi.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












