Azərbaycan beş elektrik qatarı alacaq

Azərbaycan Rusiyanın “Sinara” şirkətindən elektrovoz və elektrik qatarı alacaq. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Sinara” şirkətinin rəhbəri Dmitri Pumpyansk Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevlə görüşü zamanı bildirib. Bir il əvvəl Sverdlovsk vilayətindən olan nümayəndə heyətinin Bakıya səfərini və 2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC ilə "Uralvaqonzavod" arasında 2 900 ədəd vaqon alınması ilə bağlı imzalanan müqaviləni xatırladan Y.Kuyvaşev həyata keçirilən işlərin gedişatı ilə maraqlanıb. “Azərbaycan Respublikası ilə münasibətlərimiz yeni məcrada inkişaf edir. Hazırda Azərbaycanla yük elektrovozlarının və beş ədəd “Lastoçka” elektrik qatarının verilməsi ilə bağlı uğurlu danışıqlarımız gedir” - deyə “Sinara” QSC-nin direktoru D.Pumpyansk bildirib.
Qeyd edək ki, mart ayının əvvəlində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Rusiyanın “Uralvaqonzavod” ASC-nin baş direktoru Oleq Siyenko ilə görüşüb və danışıqların yekununda Rusiya tərəfinin "Azərbaycan Dəmir Yolları" QSC-yə müxtəlif növdə 2 900 yük vaqonunun verilməsi ilə bağlı müqavilə imzalanıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












