Azərbaycan daha üç “Stadler” qatarı alacaq

“Stadler Minsk” Belarus-İsveçrə müəssisəsində istehsal edilmiş, Avropa Oyunları zamanı sərnişinləri daşıyacaq iki qatar artıq Bakıdadır. Azərbaycana ümumilikdə 5 qatar çatdırılacaq. Müqavilənin dəyəri 80 milyon avroya yaxındır.
Avtosfer.az Belarus telekanalı STV-yə istinadən xəbər verir ki, sifarişçilərin xahişi ilə xüsusi dizaynlı: qızılı, qırmızı və gümüşü elementlərin olduğu ağ qatarlar hazırlanıb. Qatarlarda 80-nin biznes-klass olduğu 400 oturacaq yeri var. “Stadler Minsk” ASC şirkətinin direktorunun birinci müavini Filipp Brunner üçüncü qatarın hazır olduğunu söyləyib: “Biz indi dinamik sınaqlar aparırıq, bütün sistemləri yoxlayıb, protokolları və açıq qalan sualları bağlayırıq. Sonra isə Azərbaycan yollarının korporativ dizaynını başa çatdıracağıq. Bu il ərzində daha iki qatarı istehsal edib çatdıracağıq. Daha sonra gələcək planlar barədə danışıqlar olacaq”.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












