Azərbaycan Gömrük Komitəsi ilkə imza atdı

Dövlət Gömrük Komitəsi ölkənin dəmiryol keçid məntəqələrində ilkə imza atıb. ANS-in məlumatına görə, bundan sonra ölkəyə dəmiryolu ilə gələn bütün yüklər Azərbaycan sərhədinin girəcəyində xüsusi aparatdan keçəcək. Bu yeniliyin ilk nümunəsi Azərbaycan-Rusiya sərhədində qoyulub.
Xaçmazın Azərbaycan-Rusiya sərhədində yerləşən Yalama dəmiryol keçidinin ərazisində MDB ölkələri arasında ilk dəfə olaraq Rentgen aparatı qurlaşdırılıb. Bundan sonra Rusiyadan Azərbaycana dəmiryol xətti ilə gələn bütün mallar Rentgen aparatından keçiriləcək. Bu cihaz Almaniyada fəaliyyət göstərən Smiths Heimann şirkətinin Fransadakı zavodunda istehsal olunub. Yeni sistemin quraşdırma işlərini də eyniadlı şirkətin rus mütəxəssisləri həyata keçirib. Şirkətin nümayəndəsi ilk dəfə olaraq məhz Azərbaycanın Şimal qapısında tətbiq olunan sistemin quraşdırılması işlərinə iki ay vaxt sərf etdiklərini dedi: “Bu sistem ilk dəfə olaraq tətbiq olunur. Azərbaycan gömrüyü üçün böyük dəstəkdir. Sistemin əsas funksiyası dəmiryolu vasitəsilə daşınan yüklərin, avadanlıqların yoxlanılmasından ibarətdir. Bununla da istər silah-sursat, istər narkotik və ya digər qadağan olunmuş malların aşkar edilməsi asanlaşacaq”.
Azərbaycan gömrüyündə yenilik olan bu sistemə sınaq baxışı da keçirilib. Dövlət Gömrük Komitə rəsmilərinin, eləcə də əcnəbi mütəxəsislərin iştirakı ilə cihazın necə işlədiyi yoxlanıldı.
Smiths Heimann Rus şirkətinin mütəxəsisləri yeni sistemlə bağlı Xaçmaz Gömrük İdarəsinin əməkdaşları üçün təxminən iki həftə kurs təşkil edəcək. Kurs başa çatdıqdan sonra Şimal dəmiryol qapısında bu yeniliyin tətbiqinə başlanacaq. Bu da ölkəmizə daşınan yüklərin təhlükəsiz və maneəsiz keçməsi ilə yanaşı qaçaqmalçılıq yolu ilə gətirilən arzuolunmaz yüklərin girişinə son qoyacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












