Azərbaycan indi də “Formula-1” yarışlarına hazırlaşır

“Al Jazeera” saytında 2016-cı ildə Bakıda keçiriləcək “Formula-1” yarışları ilə bağlı geniş məqalə dərc edilib. APA-nın sayta istinadən xəbərinə görə, Əhməd Sivaslı imzalı materialda bildirilib ki, Azərbaycan paytaxtında keçirilən I Avropa Oyunlarından sonra “Formula-1”in pilotları diqqət mərkəzində olacaq.
Dünyanın ən bahalı və populyar motorlu idman yarışı olan “Formula-1” indiyədək 31 ölkədə keçirilib. “Formula-1” yarışlarının türkiyəli şərhçisi Sərhan Acar bunun Azərbaycan üçün mühüm addım olduğunu deyib. Onun fikrincə, yarışın Azərbaycanda keçirilməsi ölkənin imici və tanınması baxımından önəmlidir.
Məqalədə bildirilir: “Çinin “Tiananmen”, İranın “Azadi”, Rusiyanın Qızıl Meydanı olduğu kimi, Azərbaycanın da Azadlıq meydanı var. Yarışa burada start veriləcək”.
Türkiyəli jurnalist Murad Ağca hesab edir ki, geniş yollara sahib olan Azərbaycan yarış üçün əlverişlidir: “Azərbaycan idman turizmi sayəsində ölkənin nələrə qadir olduğunu , xalqının nələr edə bildiyini dünyaya göstərmək istəyir”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















