Azərbaycan manevr teplovozları alacaq - FOTO

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Qazaxstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Bayırcan Urınbasarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Azərbaycan Dəmir Yolunun lokomotiv parkının yenilənməsi istiqamətində gələcəkdə Qazaxıstandan manevr teplovozlarının alınması, dəmir yolu sahəsinin inkişaf etdirilməsi, tranzit yüklərin həcminin artırılması məsələləri müzakirə olunub.
Görüşdə “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Bayırcan Urınbasarov və “Qazaxıstan İnkişaf Bankı” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədr müavini Kanat Dosmukametov çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














