Azərbaycan mühəndislərindən yeni pilotsuz uçuş aparatı - VİDEO

Azərbaycan mühəndisləri pilotsuz mini uçuş aparatı hazırlayıblar. "Smartplane" adlı aparat digərlərindən funksionallığı ilə fərqlənir. Cəbhə bölgəsində, xüsusilə kəşfiyyatda istifadə edə, neft borularındakı sızmalardan xəbər tuta və inşaat işləri zamanı yolun 3 D xəritəsini çəkə bilərsiniz. Azərbaycan mühəndisləri pilotsuz mini uçuş aparatı hazırlayıblar. Bu uşuş aparatı, illərlə "Microsoft"da işləmiş Maksim və hazırda Danimarkada mühəndislik fəaliyyəti ilə məşğul olan Tomi Piriyev qardaşlarının əl işidir.
Layihə "Yüksək Texnologiyalar Parkı" tərəfindən dəstəklənib və bütün işlər orada aparılıb. Aparat, Android və iOS əməliyyat sistemli kompüter, həmçinin smartfon və planşet vasitəsilə idarə edilə bilər.
Mühəndis Maksim Piriyev "smartpleyn" aparatının digər aparatlardan fərqləndiyini bildirir: “ "Smartplane" bazardakılardan fərqli olaraq havada 80 dəqiqə qala bilir. Təyinatı üzrə fərqli kamera taxaraq öz məqsədiniz üçün istifadə edə bilərsiniz”
Smartpleynin maksimum sürəti saatda 47 kilometrdir. Çəkisi 650 qram olan aparat 300 qramlıq yükü qaldıra bilir. Aparatı üzərinə multispektral, termal kamera, hava sensoru və s. yerləşdirməklə işlətmək olar. Maksim Piriyev bu aparatın niyə hazırlandığını belə izah edir: “Baxdıq ki, bazarda olan dronlar havada maksimum 60 dəqiqə qalır. Xüsusiləşdirmə hissəsi yoxdur. Yəni siz ona istədiyiniz kameranı quraşdıra və ya istədiyiniz proqramı yaza bilməzsiniz. Amma "smartplane"-da bular mümkündür"
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












