Azərbaycan və Pakistan arasında aviareys açılır

“Türk Hava Yolları” (THY) aviaşirkətinin təyyarələri avqustun 12-dən İslamabad-Bakı-İstanbul marşrutu üzrə uçuş həyata keçirəcək. Avtosfer.az “trend”ə istinadən xəbərinə görə, bunu Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.
Əldə edilmiş üçtərəfli razılaşmaya əsasən, reys həftədə iki dəfə - bazar ertəsi və cümə günləri - THY-nin təyyarələri tərəfindən həyata keçiriləcək. Reysin biletlərinin qiyməti təqribən 600-650 dollar, uçuşun müddəti isə təxminən 3 saat olacaq.
Aviaresyin bərpa edilməsi barədə razılıq Pakistan Prezidenti Məmnun Hüseynin bu ilin martında Azərbaycana rəsmi səfəri zamanı əldə edilmişdi. Səfir bildirib ki, Prezident M.Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bu təşəbbüslə çıxış edib: “Azərbaycan Prezidenti İlham Əliyev təşəbbüsü dəstəkləyib”.
Mövcud İstanbul-İslamabad aviareysinin Bakıyadək uzadılması məsələsi Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə də müzakirə olunmuşdu. D.Şikarov qeyd edib ki, aviareysin açılması iki ölkənin turizm sahəsində əməkdaşlığının inkişafına yardım edəcək: “Pakistan xalqı Azərbaycanı sevir. Birinci Avropa Oyunlarında pakistanlıların yerli telekanallarının yayımladığı veriliş və çarxlar vasitəsilə ölkəmizlə daha yaxından tanış olmaq imkanı var idi və çoxları Azərbaycana səfər etmək arzusunu bildirib. İndi onların belə imkanı yaranıb”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












