Azərbaycana yeni elektrovozlar gətiriləcək

"Yaxın vaxtlarda Gəncəyə Fransa istehsalı olan yeni elektrovozlar gətiriləcək." Avtosfer.az-ın AZərtac-a istinadla verdiyi məlumata görə, bu sözləri Gəncə Lokomotiv Deposunun rəisi Əsgər Şirinov deyib. O bildirib ki, hazırda Gəncə deposunda 10 ədəd V-8, 5 ədəd V-11, 9 ədəd V-10 tipli teplovoz var. “Teplovozların hamısı demək olar ki, istismar müddətini başa çatdırıb. Gəncə deposunu müasir elektrovozlarla təmin etmək məqsədilə Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Fransa şirkəti arasında ilkin razılaşma əldə edilib. Həmin razılaşmaya əsasən yaxın vaxtlarda Gəncəyə Fransa istehsalı olan yeni elektrovozlar gətiriləcək”.
Ümumiyətlə, Gəncə Lokomotiv Deposunda mövcud olan elektrovoz və teplovozların əksəriyyəti keçən əsrin 60-cı illərindən qalıb və istismar müddəti bir neçə dəfə başa çatıb. 2013 ildə isə Gəncə Lokomotiv Deposuna Rusiya istehsalı olan 14 “Vlon” markalı lokomotiv verilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












