Azərbaycanda bütün sürücüləri yeniliklər gözləyir; tək nömrə, cüt nömrə -VİDEO

Birinci Avropa Oyunlarından sonra paytaxda sıxlığın aradan qaldırılması məqsədi ilə yaradılmış Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissyasının ötən gün iclası keçrilib. İclasda komisya üzvləri maraqlı təkliflər ediblər. Təkliflərdən biri dövlət qeydiyyat nişanının sonu cüt və tək rəqəmlə bitən avtomobillərin xüsusi günlərdə hərəkətinə icazənin verilməsi olub.
Bakıda tıxac problemini həll etmək üçün Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim olunan bəzi təkliflərin təfərrüatları məlum olub.
Ötən gün tədbirlər planı ilə əlaqədar Nazirlər Kabinetində Komissiyanın sədri Baş nazirin müavini Abid Şərifov Nəqliyyat nazirliyinin və Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının iştrakı ilə iclas keçiilib. Bu təkliflə bağlı Komissiyanın iclasında yekun rəyə gəlmək mümkün olmayıb. Digər təkliflər isə yük avtomobillərinin yalnız gecə saat 24:00-dan 7:00-a qədər paytaxta buraxılması və şəhər daxilində hərəkətinə icazə verilməsi mərkəzi küçələrə isə ümumiyyətlə buraxılmamasıından ibarət olub.
Bundan başqa Nəqliyyat Nazirliyi rayonlardan gələn bütün növ avtomobillərin Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılması və bu müddət ərzində şəhərdə hərəkətinə icazə verilməsi, rayonlardan gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyətin qoyulmamasını təklif edib. Bu təkliflərə komissiya üzvlərinin müsbət yanaşdığı bildirilir.
Bakıya buraxılan rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 24:00-a qədər paytaxt ərazisində hərəkətinə icazə verilib-verilməməsi məsələsi isə hələ ki, açıq qalır.
Qeyd edək ki, sözügedən komissiya I Avropa Oyunları zamanı paytaxtda nəqliyyatın rahat hərəkətindən razı qalan sakinlərin müraciəti əsasında yaranıb və tıxac probleminin köklü həlli üçün müzakirələr aparır. Komissiya təbrilər planı hazırlayır və iyulun 10-a qədər bununla bağlı qərar qəbul edəcək.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












