Azərbaycanda qadın pilotlar hazırlanacaq

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası 1-30 iyun tarixində pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlandığını elan edib. AZAL-ın mətbuat xidmətindən bildiriblər ki, müsabiqəyə qatılmaq istəyən namizədlər aşağıdakı tələblərə uyğun olmalıdırlar. Yaş - 18-25, boy - 160-180 santimetr, maksimum çəki - 75 kiloqram, Azərbaycan, rus və ingilis dillərini sərbəst bilməli.
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin surəti (sənədlər verildikdə əsli də təqdim edilir), təhsil haqqında sənədin əsli, 3x4 sm ölçüdə şəkil, xarici dil biliklərini təsdiqləyən sertifikat (əgər varsa).
Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Şəxsi heyətlə iş üzrə Baş idarəsinə təqdim edilməlidir.
Müsabiqədə iştirak etmək üçün sənədləri təqdim edən şəxslər Psixofizioloji funksiyaların icbari həkim-ekspert qiymətləndirilməsi üzrə daimi fəaliyyət göstərən xüsusi komissiyanın tibbi müayinəsindən mütləq keçməlidirlər.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












