Azərbaycanda Wi-Fi-lı sürət qatarları - VİDEO

Bakıdan Sumqayıta 40 dəqiqəyə gedəcək sürət qatari ilə bağlı yeni xəbər var. Avropa Oyunları ilə əlaqədar həmin ikimərtəbəli qatarın istiqamətində dəyşiklik edildi. Qatar iyunun 5-dən 28-dək Avropa Oyunları ilə əlaqədar Bakı vağzalından oyunların keçiriləcəyi stadionun yanına, yəni «Koroğlu» metrostansiyası istiqamətində hərəkət edəcək.
Avropa oyunları ilə əlaqədar Bakı-Sumqayıt istiqamətində hərəkət edəcək ikimərtəbəli sürət qatarının marşurutunda dəyşiklik edildi. Artıq həmin istiqamətdə dəmiryolunun kənarında hasarın çəkilməsi prosesinə də başlanıb.
İyunun 28-dən sonra yəni oyunlar qutardıqdan sonra sürət qatarı Bakı-Sumqayıt istiqamətində hərəkət edəcək. Yaxın günlərdə Bakıya gətriləcək dördvaqonlu iki mərtəbəli qatarlar müasir standartlara cavab verir. Qatar geniş işıqlı salonlar, rahat oturacaqlar və Wi Fi da təmin edilib. Artıq qatarın zavoddakı ilkin sınaqdan keçrilməsi görüntüləridə var.
Qeyd edək ki, biznes sinifinə çay və kofe xidməti də daxildi. Azərbaycan Dövlət Dəmir yolları qapalı səhimdar cəmiyyəti İsveçrə şirkətinə hələki 5 belə qatar sifariş verib. Onlarda ikisi bu il qalan üçü isə gələn il ölkəyə gətiriləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












