Azərbaycanda yeni taksi növü xidmət göstərəcək

Avtosfer.az xəbər verir ki, Azərbaycanda yeni taksi xidməti yaradılır. Nəqliyyat Nazirliyinin təklifilə yaradılacaq bu xidmət növü Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində fəaliyyət göstərəcək. Yeni xidmətin qarşısında duran başlıca vəzifə müştərilərə yüksək səviyyədə xidmət göstərməkdir.
İlkin mərhələdə yeni yaradılacaq taksi xidmətinin balansına 500 ədəd taksi veriləcək. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov hazırda xidmətin binasının tikintisi üzərində işlər aparıldığını bildirib.
“Bakı Taksi Xidməti MMC ilk Avropa oyunlarına qədər fəaliyyətə başlayacaq. MMC-nin dövlət qeydiyyatına alınması üçün müvafiq danışıqlar aparılır. Xidmət birbaşa dövlətin nəzarətində olacağı üçün həmin taksi sürücülərinə xüsusi kurslar keçirilib. Məqsəd daha peşəkar taksi sürücülərinin yerli əhalinin və turistlərin xidmətində olmasıdır”, - deyə Namiq Həsənov bildirib.
Nazirlikdən verilən məlumata görə, yaxın günlərdə xidmət dövlət qeydiyyatına alınacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












