"Bakı-2015"də ambulans vertolyotlardan istifadə olunacaq

Azərbaycanda iyun ayında keçiriləcək I Avropa Oyunları zamanı zərurət yaranacağı halda tibbi yardım xidmətinin təşkili məqsədilə ambulans vertolyotlardan da istifadə ediləcək.
Avtosfer.az xəbər verir ki, bunu trend-ə Səhiyyə Nazirliyi Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Həmidov deyib. Onun bildirdiyinə görə, fövqəladə hallarda həmin vertolyotlardan istifadə ediləcək. Onlar artıq hazır vəziyyətdədirlər.
M.Həmidov deyib ki, Avropa Oyunları ilə bağlı Azərbaycana əlavə olaraq 100 təcili yardım maşını gətirilib. Onlardan 95-i Bakıda, 5-i isə Mingəçevirdə istifadə olunacaq.
Onun sözlərinə görə, Oyunların əsas hissəsi Bakı şəhərində keçiriləcəyi üçün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları artıq hazır vəziyyətə gətirilib. Bakıda Avropa Oyunlarına 25 həkim briqadası cəlb olunub.
M.Həmidov bildirib ki, Avropa Oyunları zamanı avarçəkmə üzrə yarışların keçiriləcəyi Mingəçevir şəhərində də Respublika Təcili Yardım Stansiyasının tibbi briqadası növbə çəkəcək: "Oyunların keçiriləcəyi müddət üçün Səhiyyə Nazirliyinin Təcili Yardım Stansiyanın mütəxəssislərinin növbətçilik rejimi də müəyyənləşdirilib".
Direktor deyib ki, Mingəçevir Təcili Tibbi Yardım Stansiyasının həkimləri artıq Avropa Oyunlarına hazırdırlar. Həmin həkimlər Bakı şəhərində müvafıq təlimlərdən keçiblər.
M.Həmidov həmçinin deyib ki, tibbi biliklərin təkmilləşdirilməsi ilə yanaşı, təcili tibbi yardım xidməti həkimləri üçün ingilis dili kursları da təşkil edilib. Artıq kurslar başa çatıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












