Bakı-Barselona aviareysinin qrafiki açıqlandı

Bu ilin may ayının 23-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Kataloniya əyalətinin inzibati mərkəzi olan Barselona şəhərinə müntəzəm reyslər yerinə yetirməyə başlayır. Avtosfer.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib, reyslər şənbə günləri birbaşa uçuş yerinə yetirən sərnişinlər üçün maksimal əlverişli cədvəl üzrə Bakıdan saat 07:00-da uçuş və yerli vaxtla 09:45-də Barselonaya eniş olmaqla yerinə yetiriləcək. Barselonadan uçuşlar saat 11:00-da yerinə yetiriləcək və yerli vaxtla 19:10-da Azərbaycanın paytaxtına enəcək. Yeni hava xətlərinə xidmət ekonom eləcə də, biznes sinfin olduğu “Airbus 319” tipli təyyarələrlə göstəriləcək. “Yer kürəsində turistlər tərəfindən ən çox gəzilən və Avropanın ən gözəl şəhərlərindən biri olan Barselonaya birbaşa hava xəttinin açılması ilə AZAL öz sərnişinlərinə zəngin tarixə, bənzəri olmayan mədəniyyətə və mükəmməl mətbəxə malik olan İspaniyanı tanımağa gözəl imkan yaradır” - deyə, şirkətin mətbuat xidmətinin məlumatında deyilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












