Bakı-Barselona-Bakı marşrutu üzrə ilk birbaşa aviareys
Yeniliklər
23 May 2015 22:35

Bakıdan Barselonaya uçan “Airbus-319” təyyarəsi “De Logregat” Beynəlxalq aeroportunda eniş edib
“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Barselona-Bakı marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, mayın 23-də Bakıdan Barselonaya uçan “Airbus-319” təyyarəsi “De Logregat” Beynəlxalq aeroportunda eniş edib. Saat 07.00-da havaya qalxan təyyarə Bakı vaxt ilə 12.10-da uçuş məntəqəsinə çatıb. İlk reyslə 88 sərnişin uçub.
Təyyarə Barselonada endikdən sonra hava limanında ilk reysin sərnişinləri üçün təqdimat keçirilib. Mərasimdə həmçinin Barselonadan Bakıya uçan sərnişinlər yola salınıb.
Bakı-Barselona-Bakı marşrutu üzrə uçuşlar hələlik həftədə bir dəfə, şənbə günləri həyata keçirilir. Bu reyslə uçmaq istəyənlərin sayında artım olduğu təqdirdə reyslərin sayının da çoxaldılması nəzərdə tutulub.
Oxunub : 1775
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












