Bakı bulvarında 3 marşrut xətti olacaq - VİDEO

Avropa Oyunlarında ölkəyə gələcək turistlərə yüksək səviyyədə xidmət göstərmək üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, Milli Parkın ərazisi demək olar ki, hər gün daha da genişləndirilir, abadlaşdırılır. Geniş sahədə gəzintinin rahat və yorucu olmaması üçün ərazidə 3 marşurut xətti istifadəyə veriləcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, planlardan biri də Ağ Şəhərdən Bayıl bulvarına qədər bir maşurut xəttinin olmasıdır. Bunun üçün lazım olan qatarlar da yaxın günlərdə paytaxta gətiriləcək.
Bulvar ərazisindəki bütün obyektlərdə post terminallar quraşdırılacaq. Oyunlara qədər Dənizkənarı bulvardakı mühafizə xidmətinin bəzi işçiləri, eyni zamanda kafe və restoranlarda çalışanlar ingilis dili kurslarına cəlb olunacaq. Onlar xarici qonaqlarala rahat ünsiyyət qurmaq üçün dil biliklərinə yiyələnəcəklər.
Avropa Oyunlarınadək Bulvar ərazisindəki katerlərdə, obyektlərdə pulsuz internet quraşdırılacaq ki, yerli əhali eləcə də turistlər internetdən maneəsiz istifadə edə bilsinlər. Hazırda qurum bu istiqamətdə Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyi ilə danışıqlar aparır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












