Bakı Dəmir Yolu Vağzalı yenidən qurulur

“Dəmir Yolu Vağzalında əsaslı təmi işləri aparılır, vağzal yenidən qurulur”. Avtosfer.az xəbər verirk i, bu barədə modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. O qeyd edib ki, hazırda dəmiryolu vağzalında təmizlik və söküntü işləri gedir: “Qərara alınıb ki, vağzalın fasadı sökülsün və köhnə binaya uyğunlaşdırılsın. Bundan əlavə, binanın daxilində memarlıq üslubu saxlanılmaq şərtilə yenidən qurulacaq. Binanın içində olan bilet kassası, saxlanma kamerası, sərnişinlər üçün nəzərdə tutulan otaqlar, gözləmə foyesi, rabitə, kafe və s. yenidən təşkil ediləcək. Həmçinin birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün ekskalator quraşdırılacaq”.
Nadir Əzməmmədovun sözlərinə görə, 2015-ci ilin sonuna qədər 30 ədəd yeni vaqonun Azərbaycana gətiriləcəyi planlaşdırılıb: “Sərnişin vaqonları Bakı- Tbilisi-Qars dəmir yolu marşrutunda istifadəyə veriləcək. Hazırda İsveçrənin “Stadler Rail Group”u ilə danışıqlar gedir”.
Mətbuat katibi Azərbaycan dəmir yollarında tətbiq edilən standartların Avropa standartları ilə fərqli olmasından yarana biləcək problemə də aydınlıq gətirib: “Bununla bağlı heç bir problem olmayacaq.
Bizdə standart 1520, Avropa standartları isə 1453-dür. Rəqəmlərdən də gördüyünüz kimi bizdə reyslər daha enlidir. Ona görə də alınacaq vaqonların təkər gücləri quraşdırılan avtomat nəticəsində sərhəd-keçid məntəqələrində bizim əraziyə daxil olduqda Azərbaycan standartlarına, əsk istiqamətdə hərəkət zamanı isə Avropa standartlarına keçəcək.
Standartların fərqli olmasına baxmayaraq, dəmir yolu reysləri dəyişdirilməyəcək . Vaqonların təkərinin avtomatik dəyişməsi Azərbaycan tərəfinin sifarişi əsasında hazırlanıb”.
Nadir Əzməmmədov Cavid Qurbanovun təyinatından sonra hər hansı ixtisar, struktur dəyişikliyinin baş vermədiyini də vurğulayıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












