Bakı-Məşhəd aviareysinin açılması üçün şərtlər açıqlandı

“Bakı-Məşhəd aviareysinin açılması üçün ilk növbədə həm Azərbaycan, həm də İranda ziyarət turları təşkil edən şirkətlər və bizim şirkət arasında əməkdaşlıq sazişi imzalanmalıdır”.
Avtosfer.az xəbər verir ki, bunu trend-ə eksklüziv açıqlamasında Bakı-Məşhəd aviareyslərini təşkil edəcək “Ataair” aviaşirkətin baş direktorunun ticarət məsələləri üzrə müavini Mehdi Bəyane deyib.
M.Bəyane bildirib ki, Bakı-Məşhəd-Bakı aviareysi yalnız zəvvarlar üçün açılır və sərnişinləri İranda və Azərbaycanda ziyarət turları təşkil edən şirkətlər tərəfindən təmin olunmalıdır: “Bakı-Məşhəd-Bakı aviareysinin açılması üçün bütün lazımi lisenziyalar alınıb. Lisenziya ilə bağlı heç bir problem yoxdur”.
M.Bəyane deyib ki, uçuşların həyata keçirilməsi iki məsələdən asılıdır. Onun sözlərinə görə, ilk növbədə İranda və Azərbaycanda ziyarət turları təşkil edən şirkətlərin biri ilə müqavilə bağlanmalıdır: “Digər həll olunası məsələ isə uçuş biletlərinin qiymətinin müəyyənləşməsi məsələsidir ki, hələlik həll olunmamış qalıb”.
M.Bəyane bildirib ki, “Ataair” aviaşirkəti Bakı-Məşhəd aviareysinin tez bir zamanda açılması üçün Azərbacyanda ziyarət turları təşkil edən şirkətlərlə əməkdaşlıq etməyə hazırdır.
Qeyd edək ki, prezident Həsən Ruhaninin Bakıya səfəri zamanı Azərbaycan və İran arasında Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı sənəd imzalanıb. Aviareysin açılması Azərbaycan və İranın şimal-şərq əyalətləri, o cümlədən Xorasan Rəzəvi əyaləti arasında qarşılıqlı ticarət əlaqələrinin qurulmasına imkan yaradacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












