Bakı metrosu yeni kart sisteminə keçdi – VİDEO

Metroda yeni kart sistemi tətbiq olunmağa başlayır. Bu dəfəki “BakıKart”ların fərqi onun əhatə dairəsinin bir az geniş olmasındadır. Yəni “BakıKart” yerüstü nəqliyyatda da istifadə oluna bilər. Bakı Metropoliteni vahid kart sisteminə keçdi. Sərnişinlərin istifadəsində olan köhnə kartlardan istifadə daha mümkün olmayacaq. Əvəzində isə yeni kartlar iki gündən sonra sərnişinlərin istifadəsinə veriləcək. Köhnə kartları isə sərnişinlər avqustun 15-ə qədər qaytarıb kartın dəyəri olan 2 manatlarını geri ala bilərlər. “BakıKart” adlanan yeni kartlar da sərnişinlər 2 manata satılacaq. Bu kartlar köhnələrdən fərqli olaraq həm daimi, həm də müvvəqqəti olacaq. “Əhalinin istifadəsinə iki adda kart təqdim olunur. Onlardan biri plastik kartdır. Plastik kart daimi olaraq istifadə edilməsi üçün nəzərdə tutulub. Belə ki, plastik kartın istifadəsi zamanı vaxt məhdudiyyəti yoxdur. Digəri isə məhdud istifadə üçün nəzərdə tutulan kağız “BakıKart” kartlarıdır. Bu kart isə maksimin 4 dəfə gediş yükləmək mümkündür. İstifadə etdikdən sonra bu kartı atmaq olar. Kartları qiymətinə gəlincə, plastik kartların qiyməti 2 manatdır. Bu kartların hər hansı bir şəkildə geri qaytarılması mümkün deyil”, - deyə “BakıKart” layihəsinin rəhbəri Ceyhun Əliyev bildirib.
Yeni metro kartlarının “BakıBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar üçün nəzərdə tutulub. “BakuBus”lar ilk Avropa Oyunları zamanı idman arenalarına tamaşaçıların daşınmasını həyata keçirmişdi.
Gələn aydan etibarən bəzi maşrutların xəttinə buraxılacaq “BakuBus”ların dayanacaqlarında yeni kartlara ödəniş etmək mümkün olacaq.
Bununla yanaşı metropoliten stansiyalarında qoyulmuş terminallar vasitəsilə də bu kartlara gediş yükləmək mümkündür.
ANS
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










